12/04/2018

MSK: İlham Əliyev 86,03 faiz səs toplayıb

Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamısından məlumatların MSK-nın İnformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib. MSK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dır (99,68 faiz). 

MSK sədri bildirib ki, seçkinin ilkin nəticələrinə görə, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyev 3 milyon 397 min 664 səs (86,03 faiz) toplayıb.

 

***

12.04.2018,   01:15

Dünən keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib. MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz səs toplayıb.

***

11.04.2018,   23:02

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK sədri bildirib ki, seçkinin ilkin nəticələrinə görə, İlham Əliyev 86,09 faiz səs toplayıb.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR