05/04/2018
Şəki sakinləri yekdilliklə İlham Əliyevi dəstəkləyir
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat – təşviqat kampaniyası çərçivəsində Şəki şəhərində “İlhamla irəli” devizi altında seçicilərlə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov çıxış edərək prezidentliyə namizəd cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O, əmin olduğunu bildirib ki, Şəki seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə MM-in deputatlarından AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Azər Kərimli, eləcə də Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Pedaqoji Universitetin tələbəsi Nuranə Abdulkərimova çıxış edərək prezidentliyə namizəd cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi illlər ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.