29/03/2018

YAP tərəfindən prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı məqsədilə yaradılmış virtual kampaniya başa çatıb

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı məqsədilə xüsusi virtual kampaniya keçirilib.  1150 nəfərin qoşulduğu kampaniya qısa müddətdə tamamlanıb. Cəmiyyətin müxtəlif təbəqələrini, fərqli peşələri və yaş qruplarını təmsil edən insanlar kampaniyaya qoşulub, öz şəkillərini http://aprel2018.biz/ yükləməklə cənab İlham Əliyevə dəstəklərini ifadə ediblər.

Hər bir şəxs, həmçinin, cənab İlham Əliyevi niyə dəstəkləməsinin səbəbini də saytda qeyd edib və bu məlumatları sosial şəbəkələrdə paylaşıb. Kampaniyaya qoşulan bütün şəxslərin şəkilləri və fikirləri ilə http://aprel2018.biz/ saytında tanış olmaq olar. Kampaniya çərçivəsində tədbirlər nəzərdə tutulur.  

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR