05/04/2018

Qusarda “İlhamla irəli” şüarı ilə izdihamlı mitinq keçirilib

Qusar şəhərində Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində “İlhamla irəli” şüarı ilə izdihamlı mitinq keçirilib.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək qeyd etdi ki, bu gün ölkəmizdə həyata keçirilən nəhəng beynəlxalq layihələrin icrası və aparılan uğurlu iqtisadi proqramların nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilmiş, vətəndaşlarımızın maddi rifah halı xeyli yaxşılaşmışdır. İşsizlik 5 faizə enmiş, yeni-yeni iş yerləri açılmış, şaxələnmiş iqtisadiyyat inkişaf etdirilmiş, yeni sənaye məhəllələri yaradılmışdır. Azərbaycan daima irəliləyib, regionun Lider dövlətinə çevrilmişdir. Azərbaycan sabitlik və təhlükəsizlik baxımından nümunə olan ölkələrdən biridir.

Natiq qeyd etmişdir ki, Azərbaycanda  Prezident İlham Əliyevlə xalqın sarsılmaz birliyi sabitliyimizin davamlı olması üçün mühüm rol oynayır. Aprel döyüşlərinin nəticəsində dünya ölkələrinə bir mesaj oldu ki, bu gün Azərbaycan ordusu güclüdür, monolitdir, qüdrətlidir. Ancaq biz sülh yolu ilə torpaqlarımızı azad etmək istəyirik. Belə olmasa alternativ yoldan istifadə etməli olacağıq. İlham Əliyevə səs vermək sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir.

Mitinqdə  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, Milli Məclisin üzvlərindən  İlham Əliyev, Azər Badamov,  YAP Qusar rayon təşkilatının  Qadınlar Şurasının sədr müavini  Neva Avdurahmanova çıxış edərək ölkəmizdə aparılan uğurlu islahatların, son 15 ildə həyata keçiriləcək layihələrin əhəmiyyətindən danışıblar.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR