30/03/2018
İsmayıllı sakinləri 11 apreldə sabitliyə, əmin-amanlığa səs verəcəklər
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat –təşviqat kampaniyası çərçivəsində mitinq-konsert keçirib.
Tədbiri YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon rəşkilatının sədri Sevil Əhmədova açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 15 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Natiq qeyd edib ki, məhz sadalanan faktları nəzərə alan İsmayıllı seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının üzvləri - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, partiyanın Qadınlar Şurası İdarə Heyətinin üzvü Rəna Əliyeva çıxış edərək qeyd ediblər ki, bu gün cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Çıxış edənlər prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ qarşıdan gələn prezident seçkiləridir. İsmayıllı seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə səs verməklə bir daha işıqlı gələcəyə, sabitliyə, əmin-amanlığa, dinamik inkişafa səs vermiş olcaqlar.
Mitinq konsert proqramı ilə davam etdirilib.