27/03/2018
Binəqədi rayonunda seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsində seçicilərlə görüş keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov və millət vəkili Madər Musayev iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov bütün qonaqları və seçiciləri salamladı. Azərbaycan dövlətçiliyinin inkişafı, möhkəmləndirilməsi, xalqımızın xoşbəxt və təhlükəsiz yaşaması üçün misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin əsl fenomen və əvəzolunmaz şəxsiyyət olduğunu bildirdi. Uğurların fonunda dövlət başçısı cənab İlham Əliyevin yüksək etimad və etibara layiq olduğunu söyləyərək bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində YAP-ın namizədi, milli maraqlarımızın təminatçısı, ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırdı.
Eldar İbrahimov və Madər Musayev çıxışında 1990-cı illərin əvvəllərindəki tarixi, ictimai-siyasi vəziyyətə nəzər saldı. Qeyd etdi ki, ölkəmiz o zamankı səriştəsiz və yarıtmaz qüvvələrin rəhbərliyi altında böyük uçuruma sürüklənmişdi. Dövlətçiliyimiz təhlükə altına salınmış, torpaqlarımız işğal olunmuş, vətəndaş müharibəsi az qala bütün ölkəni cənginə almışdı. Xalqımız düşdüyü bu çətin və amansız vəziyyətdən çıxış yolunu tapmağa çalışır və ölkəmizi xilas etməyin yollarını axtarırdı. Təbii ki, belə bir vəziyyətdə böyük və müdrik siyasi liderə, şəxsiyyətə ehtiyac duyulurdu. Bu zaman bütün Azərbaycan xalqının seçimi məhz ulu öndər Heydər Əliyev oldu. Onun uzuqgörən siyasəti, yüksək vətənpərvərliyi, dövlətinə və xalqın bəslədiyi sonsuz məhəbbəti xalqımızın ona ümid etməsinə, pənah aparmasına əsaslı səbəb oldu. Beləliklə, ulu öndər Heydər Əliyev xalqımızın tələbi və xahişi ilə yeni siyasi partiyanın yaranmasına və ona rəhbərlik etməsinə razılıq verdi, sonrakı illərdə isə xalqın seçimi ilə Prezidenti seçildi. O vaxtdan ötən müddət ərzində bu uğurlu siyasi xətti həyata keçirilməsi və bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən davam edirilməsi hərtərəfli inkişafımızın əsl zəmanətinə çevrildi. Ölkəmiz günü-gündən inkişaf etməyə, xalqımızın xoşbəxt gələcəyi təmin edilməyə başlanıldı. Bu gün ölkəmizinin iqtisadi, siyasi qüdrəti deyilənlərin əyani sübutudur. Eldar İbrahimov bütün sahələrdə mühüm irəliləyişlərə nail olmuş ölkəmizin ordu quruculuğu sahəsində də inkişaf etdiyini, ordumuzun yeni və peşəkar silahlarla silahlandığını diqqətə çatdırdı. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin siyasi rəhbərliyi sayəsində işğal altındakı torpaqlarmızın teziklə işğaldan azad olunacağına əminliyini bildirdi. Bütün seçiciləri növbəti Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüşdə həmçinin çıxış edən gənc seçicilər – Yeganə Əsgərli, İsa Bayramov inkişafa, tərəqqiyə, uğura, sabitliyə, təhlükəsizliyə - cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.