29/03/2018
Səbail rayonunda seçicilərlə görüş keçirilib
11 aprel Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Səbail rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi.
300-dən çox seçicinin iştirak etdiyi görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının Lideri və vahid namizədi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət, ölkəmizdə reallaşdırılan ardıcıl və sistemli siyasi, iqtisadi, sosial islahatlar, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verdi.
Çıxış edən millət vəkili Hikmət Babaoğlu ilk növbədə seçiciləri gələcək siyasi taleyimizə laqeyd olmamağa və 11 aprel seçkilərində siyasi iradələrini nümayiş etdirməyə çağırdı.
Görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova gördüyü işlərlə ümumxalq dəstək və etimadını qazanan möhtərəm Prezidentimiz İlham Əliyevin ötən dövr ərzində xalqımızın rifahının yaxşılaşdırılması, Azərbaycanımızın beynəlxalq simasının, nüfuzunun tamamilə dəyişilməsi istiqamətindəki misilsiz xidmətlərindən, dövlət siyasəti səviyyəsində Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, idmanının, ümumiyyətlə bütün ictimai-siyasi sahələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışaraq, bu nailiyyətlərin davamlı olması üçün seçiciləri partiyamızın Lideri cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.
Seçicilər adından çıxış edən Mahirə Nəsirova, Məhərrəm Məhərrəmli, Nigar Məmmədova və Aydın Cabbarov ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi üçün Prezidentimizə minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və 11 aprel seçki günü hamı bir nəfər kimi məntəqələrə gələrək Azərbaycan xalqının ən layiqli namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.