27/03/2018

Səbail gəncləri “İlhamla İrəli!” deyir

Martın 27-də YAP Mərkəz Seçki Qərargahının Səbail rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənclərlə “İLHAMLA İRƏLİ!” şüarı altında görüş keçirdi.

Görüşdə 250-dən çox gənc iştirak etdi.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bu il ilk dəfə səs verəcək olan gəncləri təbrik etdi və qeyd etdi ki, ilk dəfə səs vermək və ümumxalq səsverməsində öz siyasi iradəsini nümayiş etdirmək hər bir gəncin həyatında tarixi hadisədir. İlk dəfə səs vermək nə qədər əhəmiyyətlidirsə, cənab İlham Əliyev kimi müdrik, cəsarətli, uzaqgörən Liderə, siyasətçiyə səs vermək ikiqat şərəflidir.

Millət vəkili ölkəmizdə aparılan dövlət gənclər siyasəti, gənclər üçün yaradılmış təhsil və iş imkanları barədə məlumat verərək bildirdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün artır.

Ş. Hacıyev gəncləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-sabitliyin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.

Çıxış edənlərdən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə və gənclərlə iş üzrə rektorun müşaviri, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin məsləhətçisi, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov, YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva, Qərb Kaspi Universitetinin tələbəsi Nağıyev Yadigar, Akademik Dövlət Filarmoniyasının Mahnı və rəqs Ansamblının solisti və YAP Səbail “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatının üzvü Aydan Kamilova cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq, daha qüdrətli və dinamik inkişaf edən Azərbaycan naminə gəncləri cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırdılar.

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər cənab İlham Əliyevi dəstəkləyən çoxsaylı şüarlar səsləndirdilər və yekdilliklə Ona səs verəcəklərini bildirdilər.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR