07/04/2018

Bərdədə seçicilərlə möhtəşəm görüş keçirilib

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Kampaniya çərçivəsində Bərdə  şəhərində Qəhrəmanlar parkının qarşısındakı meydanda  mitinq-görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatlarından AMEA-nın  Şərqşunaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Əli Hüseynli, Naqif Həmzəyev , Yusif Məmmədəliyev adına Neft –Kimya  Prosesləri  İnstitutunun  direktoru Vaqif Abbasov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya  qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verib.

O, bildirib ki, bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də bərdəli seçicilər cənab İlham Əliyevə səs verəcəklər. Uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir.

YAP sədri  qeyd etdi ki, cənab İlham Əliyev  hər bir  azərbaycanlının  Prezidenti olduğunu əməli işi, misilsiz fəaliyyəti  ilə tam  təsdiqləyib. Cənab İlham Əliyev 15 illik  fəaliyyəti dövründə  hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə  dəyşilib, insanların həyatı yaxşılaşıb. Azərbaycanı qarşıdakı illərdə daha güclü,  daha modern və inkişaf etmiş ölkəyə çevriləcək, gələcəyə yeni imkanlar açacaq.  Ona görə də 11 apreldə hər birimiz  seçki məntəqələrinə gələrək  Yeni Azərbaycan Partiyasının  namizədi İlham Əliyevi dəstəkləməklə  Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik. 

Milli Məclisin deputatı, AMEA-nın  Şərqşunaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva , Yusif Məmmədəliyev adına Neft –Kimya  Prosesləri  İnstitutunun  direktoru Vaqif Abbasov, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək bildirdilər ki,  cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar prezident İlham Əliyevin siyasətinin nəticəsidir.Onlar  uğurların davamlı olması üçün bərdə  seçicilərini  11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər qarşısında çıxış edən YAP Bərdə rayon təşkilatının Şura üzvü Nizami Quliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə edilən uğurlardan danışdı.

O, çıxışında qeyd etdi  ki, həyata keçirilən müvafiq Dövlət proqramları Bərdənin də inkişafına təkan verib. Məhz buna görə də bərdəli  seçicilər aprelin 11-də bu uğurların davamına səs verəcəklər.

Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR