03/04/2018

Ahıska türklərinin seçimi İlham Əliyevdir

YAP Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin üzvləri  təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabirabad Mədəniyyət Mərkəzində ilk dəfə səs verən gənclərlə, həmçinin rayonun Ahıska kəndində seçicilərlə görüşlər keçiriblər. Ahıska kəndindəki görüşlərə  rayonun Surra Balvar və Qarallı kəndlərindən olan seçicilər də qatılıblar.

 YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva, rayon Ziyalılar Birliyinin sədri Böyükağa Həmidov görüşlərdə çıxış edərək bildiriblər ki,  aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir. Seçkilərin nəticələri qarşıdakı dövrdə ölkəmizin inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər məsələlər kontekstində böyük əhəmiyyət daşıyır. Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Xüsusilə Azərbaycan gənclərinin inkişafı məqsədi ilə bir çox Dövlət proqramları icra edilib. İndi Azərbaycan gəncliyi fəxr edə bilər ki, belə bir modern dövlətə sahibdir.

Görüşlərdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Salamulla Abdullayev, Nurlana Xəlilova, Səkinə Əliyeva,  Afiq Ağayev  bildiriblər ki, ölkədə seçkiöncəsi mühit olduqca sabit və şəffafdır, bütün namizədlərə bərabər şərait, imkanlar yaradılıb. Seçkilərin nəticələrini isə Azərbaycan xalqının iradəsi müəyyən edəcək. Əminik ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu dəfə də möhtəşəm qələbə qazanacaq.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR