03/04/2018
Cəlilabadlılar yekdilliklə İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə aprelin 3-də Cəlilabad şəhərində çoxminli seçicilərin iştirakı ilə “İlhamla İrəli” devizi altında mitinq-konsert təşkil olunmuşdur.
Mitinq-konserti giriş sözü ilə Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki qərərgahı Cəlilabad şöbəsinin rəhbəri, YAP –ın rayon təşkilatının sədri cənab Mirsüleyman Mirxaslı açmışdır. O qeyd etmişdir: “Aprelin 11-i ölkəmizdə ümummilli bayram günü – ölkə başçımızın seçkisi günüdür. Bilməyən yoxdur ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, xalqın nəmizədi, Prezident İlham Əliyevdir. Bilməyən yoxdur ki, xalqımızın mütləq əksəriyyəti yenidən öz etimadını məhz ona – öz gerçək Liderinə göstərmək əzmindədir.
Ölkəyə 15 il rəhbərlik etmiş, bütün biliyini, enerjisini, əməyini vətəninin çiçəklənməsinə, xalqının rifahına həsr etmiş bir şəxsiyyətin qiyməti başqa cür ola bilməz.”
Tədbirdə YAP Siyasi Şurasının üzvlərindən MM-in deputatı Mirkazım Kazımov, Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov, millət vəkili Malik Həsənov, Muharibə, Əmək və Silahlı quvvələr veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov çoxminli seçicilər qarşısında çıxış edərək cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə qazanılmış uğurlar barədə ətraflı məlumat verməklə, rayonun seçicilərini 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə cənab İlham Əliyevə səs verməyə dəvət etmişlər.
Tədbirin bədii hissəsində respublikaının tanınmış incəsənət ustalarından Yusif Mustafayev, Ağadadaş Ağayev, Əflatun Qubadov, Teymur Mustafayev, Elçin Hüseynov, Yaşar Cəlilov, Səbinə Ərəbli, Aydın Sani, Nazənin Orxan, Könül Məmmədli, Orxan Lökbatanlı, Rəşad Dağlı, Gülay Zeynallı və digər sənətçilər seçicilər qarşısında maraqlı proqramla çıxış etmişlər.