02/04/2018

Sabirabadda gənc seçicilər və qadınlarla görüş keçirilib

 

YAP Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 2-də gənc seçicilərlə və qadınlarla görüşlər  keçiriblər.

YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva görüşlərdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində bügünkü qüdrətli Azərbaycan mövcuddur. İndi Azərbaycanın iştirakı və  razılığı olmadan regionda heç bir layihə icra oluna bilməz. Çox müsbət haldır ki, bütün bu proseslərdə dövlət kimi Azərbaycanın iştirakı və cənab İlham Əliyevin siyasəti ilk növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir.

Görüşlərdə çıxış edən Milli Məclisin deputatları Rüstəm Xəlilov və Elçin Quliyev bildiriblər ki, biz insanların əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın cənab İlham Əliyevə səs verəcəyinə əminik. Cənab İlham Əliyevə səs vermək Azərbaycanın inkişafının davamlı olmasına səs verməkdir. Xalqımızı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm.

Bütün xalqımızı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə -davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıram!

Sabirabad rayon Ziyalılar Birliyinin sədri Böyükağa Həmidov və çıxış edən seçicilər sabirabadlıların yekdilliklə YAP-ın namizədinə etimad göstərəcəklərini bildiriblər.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR