22/03/2018

YAP-ın Nəsimi rayon təşkilatının gəncləri “İLHAMLA İRƏLİ” açıq hava mitinqi keçirib

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının gəncləri 11 aprel  2018-ci ildə keçiriləcək prezident seçkilərinə həsr edilmiş “İLHAMLA  İRƏLİ” açıq hava mitinqi keçirmişdir.

Tədbirdə 1500-dən çox gənc iştirak edirdi. Gənclər bu tədbirdə  qarşıdakı 7 il üçün  daha güclü  və qüdrətli Azərbaycan naminə  bütün ölkə gəncliyinə İLHAMLA İRƏLİ səslənərək, 11 aprel  2018-ci ildə Azərbaycan  Respublikasında keçiriləcək Prezident  seçkilərində  ümumxalq namizədi olan, möhtərəm prezident cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış etdilər.

Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər öz liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi açıq havada İLHAMLA İRƏLİ flaşmobunu hazırlayıblar.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR