19/03/2018

YAP-ın Mərkəzi Seçki Qərargahında yüksək əhvali-ruhiyyə hökm sürür

2018 –ci il aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı fəaliyyət göstərir. YAP Mərkəzi Seçki Qərargahı partiyamızın Sədri, cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi istiqamətində seçki qanunvericiliyinə uyğun olaraq fəaliyyətini uğurla davam etdirir.

Martın 19-da prezident seçkiləri  kampaniyasının təşviqat mərhələsinin başlanması ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahında gərgin iş rejimi davam edir.

Artıq partiyanın rayon və şəhər təşkilatları təbliğat-təşviqat prosesinin başlanması ilə əlaqədar olaraq prezidentliyə namizəd cənab İlham Əliyevin təşviqat plakatlarını qanunvericiliyə uyğun şəkildə ayrılmış ərazilərdəki lövhələrə vurulması prosesini başa çatdırmışlar. Eyni zamanda, seçicilərlə görüşlərə start verilib. Həmçinin, təbliğat materallarının yerlərə çatdırılması məsələləri həll olunub.

Bundan əlavə, martın 19-da təbliğat-təşviqat kampaniysı ilə əlaqədar «ilhamaliyev2018.az» saytı yaradılıb və YAP Mərkəzi Seçki Qərargahında bu saytın təqdimatı keçirilib.

Hazırda da partiyanın Mərkəzi Seçki Qərargahında yerli strukturlarla sıx əlaqələrin qurulması üçün xüsusi qruplar yaradılıb və həmin qruplar onlar üçün ayrılmış kabinetlərdə fəaliyyət göstərirlər.

Onu da vurğulayaq ki, martın 19-da  YAP rəhbərliyi partiyanın Mərkəzi Seçki Qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müvəqəti müşahidə missiyasının rəhbəri ilə görüş keçirib.

Bütövlükdə, partiyanın Mərkəzi Seçki Qərargahı seçkilərin təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar bütün qüvəlləri səfərbər edib və kampaniya dövründə ən müasir seçki texnologiyalarından istifadə olunur.

Hal-hazırda qərargahda yüksək seçki əhvali-ruhiyyə hökm sürür.

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR