29/03/2018

Şəmkirlilər də "İlhamla irəli" dedi

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində şəhər mərkəzində mitinq-görüş keçirilib.

Görüşdə çıxış edən YAP Şəmkir  rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib.

Milli Məclisin deputatı Sahibə Qafarova çıxışında bildirib ki, Bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Millət vəkili S.Qafarova bu nailiyyətlərin davamlı olması üçün bütün seçiciləri aprelin 11-də səsvermə məntəqələrinə gedərək Azərbaycan xalqının alternativliz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək vurğulayıb ki, son 15 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, inanların mədəni istirahətinin təşkilinə şərait yaradıb.

Çıxış edən Milli Məclisin deputatı Fuad Muradov isə diqqətə çatdırıb ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıdır. Eyni zamanda, seçicilərin cənab İlham Əliyevin misilsiz və çox genişmiqyaslı fəaliyyəti ilə bağlı yüksək fikirləri bunu deməyə əsas verir ki, aprelin 11-də Azərbaycan xalqının seçimi yenə də cənab İlham Əliyev olacaq.

illi Məclisin deputatı Sona Əliyeva da bildirib ki, prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.

Milli Məclisin deputatı Kamran Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın daxili və xarici siyasəti milli maraqlara əsaslanır, ölkəmiz xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir.

K.Bayramov əlavə edib ki, vətəndaşlar ölkəmizdəki inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər.

Çıxış edən seçicilər də Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR