09/02/2018
YAP tərəfindən Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Xatırladaq ki, fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.
© AZƏRTAC