02/04/2018

Biləsuvarda “İlhamla irəli” şüarı ilə möhtəşəm mitinq keçirilib

 

YAP Mərkəzi Seçki Qərargahı Biləsuvar rayon şöbəsinin təşkilatçılığı ilə Biləsuvar şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm  Zirvə görüşü keçirilib.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev  çıxış edərək bildirdi ki,  cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq  daim ölkəmizin inkişafi və xalqımızın rifahı üçün çalışır. Onun həyata keçirdiyi  iqtisadi və siyasi islahatlar dövlətimizin inkişafına və qüdrətlənməsinə xidmət edir. Məhz bu inkişafın davamlı olması üçün Azərbaycan xalqı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Zirvə görüşündə YAP Siyasi Şurasının üzvlərindən  Milli Məclisin  komitə sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Mirkazım Kazımov , eləcə də Xanhüseyn Kazımlı, professor Fikrət Cahangirov çıxış edərək bildirdilər ki, cənab İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilmişdir.Keçirilən görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi  birmənalı olaraq xalqın namizədidir. Çünki partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, xalqın rifahı naminə yorulmaq bilmədən çalışır.Ölkə Prezidentinin hakimiyyəti illərində Azərbaycanın  regionları yüksək sürətlə inkişaf etmişdir. Əminliklə deyə bilərəm ki, Biləsuvarlı seçicilər  11 apreldə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Zirvə görüşündə çıxış edən biləsuvarlılar  cənab İlham Əliyevi qətiyyətli dövlət başçısı, müdrik lider kimi  dəyərləndirərək 11 apreldə məhz ona səs verəcəklərini bildirdilər.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR