07/04/2018

Qəbələ sakinləri sabitliyə, əmin-amanlığa səs verəcəklər

Aprelin 11 də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində Qəbələ şəhərində “İlhamla irəli” sədaları ilə mitinq-görüş keçirilib.

Tədbirdə Milli Məclisin deputatlarından Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, “Yeni Azərbaycan” qəzetinin redaktoru Hikmət Babaoğlu, eləcə də,  Azərbaycan Memarlıq və İnşat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verib. O, bildirib ki, bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də qəbələli seçicilər prezident İlham Əliyevə səs verəcəklər.

Azərbaycan Memarlıq və İnşat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı ən dinamik inkişaf edən dövlətlər sırasına çığarıb. Onun sözlərinə görə prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar İlham Əliyevin siyasətinin məntiqi nəticəsidir. Gülçöhrə Məmmədova uğurların davamlı olması üçün qəbələli seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin redaktoru Hikmət Babaoğlu çoxminli seçicilər qarşısında çıxış edərək cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə qazanılmış uğurlar barədə ətraflı məlumat verməklə, rayonun seçicilərini 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov İham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə Azərbaycanda əldə edilən uğurlardan danışıb. O, qeyd edib ki, həyata keçirilən müvafiq Dövlət proqramları Qəbələnin də inkişafına təkan verib. Məhz buna görə də qəbələli seçicilər aprelin 11 də bu uğurların davamlı olmasına səs verəcəklər.

Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

 

 

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR