07/04/2018

YAP Lerik rayonunda izdihamlı mitinq keçirib

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Kampaniya çərçivəsində Lerik rayon mərkəzində izdihamlı mitinq-görüş keçirilib. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı İqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Lerik rayon təşkilatının təbliğat qrupunun üzvləri Cəlil Baxşıyev, H.Bəşirov, E.Qənbərov bildiriblər  ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir. Çıxış edənlər Lerikli seçiciləri firəvan gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Tədbir konsert proqramı ilə davam etdirilib.

KAMPANİYA GEDİŞİ İLƏ BAĞLI MƏLUMATLAR