MƏDƏNİYYƏT

  • 18 may 2009-cu ildə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq olundu. Hazırda respublikada 26 dövlət teatrı fəaliyyət göstərir.
  • Muğam sənətinə olan qayğı nəticəsində ölkəmizdəki istedadlı xanəndələrin üzə çıxması, tanıdılması, ölkə vətəndaşlarının milli musiqimizə daha dərindən bağlanması üçün gözəl mühit formalaşıb. 2009, 2011, 2013, 2015-ci illərdə Beynəlxalq Muğam Festivalı baş tutmuşdur. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub.
  • 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə yeni bir musiqi ənənəsinin təməli qoyuldu. Artıq bu günə kimi hər il olmaqla, 9 dəfə Qəbələ Beynəlxalq Musiqi Festivalı baş tutmuşdur.
  • 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti YNUESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmışdır.