DAXİLİ SİYASƏT
Vətəndaş
Həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik yalnız düzgün siyasətlə təmin edilə bilər. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır.
Xalq-iqtidar birliyi
Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir.
Sabitlik
Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Sabitlik hər bir inkişafın əsas şərtidir.Azərbaycanda sabitlik mövcuddur. Son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr. Biz görürük ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz.
Real siyasət
- Bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxaran siyasətdir.
Təhlükəsizlik
- Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
- Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir. Bunu Azərbaycana gələn çoxsaylı turistlər görürlər.