SOSİAL SİYASƏT
Siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.
- 14 il ərzində əhalimiz 1,5 milyon nəfər artıb.
- Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir.
- Maaşlar 14 il ərzində 5 dəfədən çox, pensiyalar 8 dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib.
İşsizlik (Məşğulluq)
Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 % səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 % idi, indi isə 5,4 %-dir.
Təhsil/Səhiyyə
Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın 32 ölkəsində, 379 universitetində təhsil almaq hüququ qazanmışdır.
2017-ci il 14 dekabr da “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib.
Gənclər/İdman
Bu gün Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur. İdmançılara cəmiyyətdə çox xoş münasibət var. İdmançılara olan hörmət göz qabağındadır və hər bir vətənpərvər Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını alqışlayır, bu uğurlarla fəxr edir.
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi.
43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir.
Azərbaycan idmançıları 2004-cü ildən etibarən keçirilən Olimpiya oyunlarında 5-i qızıl, 10-u gümüş, 24-ü bürünc olmaqla 40 medal qazanmışdır.