14/02/2018

Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb

Fevralın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi yığıncaq təşkil edilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ölkəmizdə keçirilən bütün seçkilərdə veteranların fəal iştirak etdiklərini bildirib. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib.

Tofiq Ağahüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanındığını vurğulayıb. Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar qurumun qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışıb. O, seçkilərdə iştirak və təbliğat işinin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb. Onun imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Veteranlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, fəal veteranların orden və medallara layiq görülməsi və həyata keçirilən başqa tədbirlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır.

Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqqı çatdığını vurğulayan C.Xəlilov səsvermə günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əminliyini bildirib. O, əmin olduğunu bildirib ki, veteranlar aprelin 11-də layiqli namizəd İlham Əliyevə səs verəcəklər.

Tədbirdə “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev və digər çıxış edənlər də veteranlara göstərilən diqqət və qayğıdan danışıb, onların aprelin 11-də hamılıqla İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd edib və hamını səsvermə günü fəal olmağa çağırıblar.

Sonda Azərbaycan müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat qəbul ediblər.

Bəyanatda deyilir ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilməsinə nail olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm olaraq imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, veteran fəallarının orden və medallara layiq görülməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyi bəyanatda deyilir: “Prezidentimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün bütün zəruri siyasi və diplomatik addımları atır. Respublika veteranları dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğrultmuş, xalqımız tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib bilirlər. Məhz buna görə biz, respublikamızın bütün bölgələrindəki veteran təşkilatlarını təmsil edən təşkilat olaraq veteranları hamılıqla yerlərdə seçkiqabağı tədbirlərdə fəal iştirak və düzgün seçim edib aprelin 11-də İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırırıq. İnkişaf edən, güclənən, dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutan Azərbaycanın sınaqlardan çıxmış lideri İlham Əliyev ölkə veteranlarının layiqli namizədidir. Buna görə bütün veteranları İlham Əliyevə səs verməyə çağırırıq”.

Bəyanatı ümumi yığıncaqda iştirak edən veteran təşkilatlarının rəhbərləri imzalayıblar.

Mənbə:

Test

Diqər

26/03/2018

Qarabağ vetaranları İlham Əliyevi yekdilliklə dəstəkləyirlər

14/02/2018

Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqətlə yanaşır

14/02/2018

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

14/02/2018

Azərbaycan QHT-lərinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri yüksək qiymətləndirirlər

14/02/2018

Ağsaqqallar Şurasının iclasında prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət qəbul olunub

12/02/2018

Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib

09/02/2018

9 fevral 2018-ci il - M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantı keçiriblər

09/02/2018

9 fevral 2018-ci il - Azərbaycan Milli Paralimpiya Komitəsi prezident seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib

08/02/2018

8 fevral 2018-ci il - Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib

05/02/2018

5 fevral 2018-ci il -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı keçirilib