09/02/2018

9 fevral 2018-ci il - Azərbaycan Milli Paralimpiya Komitəsi prezident seçkiləri ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib

Milli Paralimpiya Komitəsindən olan müraciətdə deyilir ki, Azərbaycanda Paralimpiya hərəkatının yaranması ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Böyük fəxarətlə demək olar ki, Ulu Öndərin ümumilikdə idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir.

Ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpa olunmasında, fiziki inkişafında, cəmiyyətə inteqrasiyasında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında Milli Paralimpiya Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin ölkəmizdə yaradılması ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsi öz fəaliyyətini genişləndirir, idman növlərinin və idmançıların sayı ildən-ilə artır, bölgələrdə Paralimpiya hərəkatı sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, Milli Paralimpiya Komitəsi fəaliyyəti dövründə 7 Yay Paralimpiya Oyunlarında iştirak edib. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr göstərərək 38 medal qazanıblar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürünc medallardır. İdmançılar arasında 7 Paralimpiya çempionu var ki, onlardan iki nəfəri ikiqat Paralimpiya çempionudur. Bundan əlavə, idmançılardan 7 nəfəri dünya, 14 nəfəri Avropa çempionu, 7 nəfər Dünya Oyunlarının, 12 nəfər İslam Həmrəyliyi Oyunlarının və 1 nəfər Avropa Oyunlarının qalibləridir. Paralimpiyaçılarımızın beynəlxalq arenalarda, mötəbər yarışlarda göstərdikləri şücaətə, nail olduqları uğurlara nəzər salsaq görərik ki, uğurların əldə olunması üçün böyük zaman və zəhmət sərf edilib. Lakin sağlamlıq məhdudiyyətlərinə qalib gələrək, idman yolunda olan çətinliklərə sinə gərərək onlar böyük ruh yüksəkliyi ilə bayrağımızı daim ucalarda saxlamağa nail olublar. Qeyd edilən nailiyyətlər yalnız və yalnız ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır və onun bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının təzahürüdür.

Müraciətdə qeyd edilir ki, məlum olduğu kimi, 2018-ci il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının VI qurultayı prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Paralimpiyaçılar da prezident seçkilərində öz ənənəsinə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyir və ölkə ictimaiyyətini də seçkilərdə fəallıq göstərərək ona səs verməyə çağırır.

Müraciət Milli Paralimpiya Komitəsinin 9 fevral tarixli iclasında qəbul edilib.

Diqər

26/03/2018

Qarabağ vetaranları İlham Əliyevi yekdilliklə dəstəkləyirlər

14/02/2018

Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqətlə yanaşır

14/02/2018

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

14/02/2018

Azərbaycan QHT-lərinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri yüksək qiymətləndirirlər

14/02/2018

Ağsaqqallar Şurasının iclasında prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət qəbul olunub

14/02/2018

Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb

12/02/2018

Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib

09/02/2018

9 fevral 2018-ci il - M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantı keçiriblər

08/02/2018

8 fevral 2018-ci il - Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib

05/02/2018

5 fevral 2018-ci il -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı keçirilib