Ticarət

Strateji hədəflər:

Logistika və ticarət sahəsi üzrə regional tranzit yüklərin cəlb edilməsi ilə yanaşı, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaq. Bununla bağlı:

Region  üzrə  tranzit  ticarət  həcmini  artıraraq  aşağıdakı  göstəricilərə  müvafiq  pay əldə etmək:

- Orta Asiya və Qara dəniz marşrutu üzrə 40 faiz;
- Orta Asiya və Avropa marşrutu üzrə 25 faiz;
- Çin və Avropa marşrutu üzrə 3 faiz;
- Rusiya və İran marşrutu üzrə 40 faiz;
- İran və Qara dəniz marşrutu üzrə 25 faiz.

Bakı Dəniz Ticarət Limanı kompleksinin tikintisinin başa çatdırılması.

Planlar:

* 2018-ci ildə dəmir yolu nəqliyyatı ilə bağlı bir neçə önəmli layihə icra ediləcək. 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görüləcək. Yeni vaqonlar, sisternlər, gəmilərin istehsalı, konteynerlərin alınması istiqamətində işlər  görülür.
* 2018-ci ildə il Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması istiqamətində işlər görüləcək. Bakı-Tbilisi-Qars yolu ilə çox böyük yüklərin göndəriləcəyini, sərnişinlərin qərb istiqamətində qatarlara üstünlük verəcəyini nəzərə alaraq qatarların sürəti artırılacaq.  Rahat gediş-gəliş üçün yeni, müasir sərnişin qatarları alınacaq.
* 2018-ci ilin investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər başlayıb.
* Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu, şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir.
* Ələt Dəniz Ticarət Limanının tikintisi 2018-ci ildə başa çatacaq. 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı fəaliyyətə başlayacaq. Yüz min konteynerin daşınması nəzərdə tutulur. Tələbat artarsa, Ələt limanını qısa müddət ərzində genişləndirilə bilər.
* 2018-ci ildə 2300 kilometr avtomobil yolları - magistral, şəhərlərarası, kənd yolları çəkiləcək.
* Minimum 600 kəndin yolu tikilməlidir.
* Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulur.