Turizm
Strateji hədəflər:
Bakının tamamilə əsas turizm məkanına çevrilməsinə, ölkə üzrə turizm potensialının reallaşdırılmasına, turizm sənayesinin inkişafı məqsədilə əlverişli mühitin və infrastrukturun formalaşdırılmasına, eləcə də turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq: Bununla bağlı:
- Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılması;
hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artırılması;
- sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40 faiz ilə müqayisədə 65 faizədək artırılması.
Planlar:
* Turizm sektorunun inkişafını nəzərə alaraq, 2018-ci ildə Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanacaq. Qəbələ Bakıdan sonra ölkəmizin ikinci beynəlxalq turizm mərkəzidir.
* Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planları var.