Kənd təsərrüfatı

Strateji hədəflər:

Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunu formalaşdırmaq. Bununla bağlı:

- ət istehsalını 20 faiz, süd istehsalının 30 faiz artması;
- pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
- barama  istehsalı,  eləcə  də  emalı  üzrə  istehsal  həcminin  ən  azı  1000  dəfə artması;
- 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
- istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
- istifadəsiz,  lakin  kənd  təsərrüfatı  üçün  yararlı  torpaqların  əkin  dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması;
fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi.

 

Planlar:

* 2018-ci ildə ən azı 100 min hektar suvarılmayan torpaqlara su veriləcək. 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatı təşkil ediləcək. Bu ərzaq təhlükəsizliyinə güclü təkan verəcək. Taxılçılıqda xaricdən asılılıq minimuma endiriləcək.
* 2015-ci ildə 35 min ton, 2017-ci ildə isə 207 min ton pambıq tədarük edilib. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərin sayı 200 minə çatıb. Bu istiqamətdə fəaliyyət davam etdirilir.
* Heyvandarlıq. Ət və quş əti istehsalı artıq 100 faiz özünü təminetmə səviyyəsinə yaxınlaşır. Növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək. Heyvandarlığın inkişafı üzrə dövlət proqramı qəbul ediləcək.
* 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Aqroparklara 183 min hektar torpaq ayrılıb.