Məşğulluq üzrə
Strateji hədəflər:
Əmək bazarının tələblərinə və müasir peşə standartlarına cavab verən peşə təhsili və təlimi sistemini formalaşdırmaq. Bununla bağlı:
- işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsinin təşkil edilməsi;
- ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbul səviyyəsinin 25 faizə qaldırılması;
- pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ay ərzində 50 faizə çatdırılması;
- pilot peşə təhsili müəssisələrində təhsilalanların sayının 50 faiz artması.