Kommunal xidmət

Strateji hədəflər:

Kommunal xidmətlər sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, tənzimləyici orqanların funksional səmərəliliyinin artırılmasına, xidmət müəssisələrinin fəaliyyət səmərəliliyinin və xidmət keyfiyyətinin yüksəldilməsinə, investisiya mühitinin münbitləşdirilməsinə, beynəlxalq norma və standartların tətbiqinə, kadr bazasının gücləndirilməsinə, tariflərin optimallaşdırılmasına və stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanmasına nail olmaq. Bunun üçün:

- Elektrik enerjisi istehsalı və təchizatı ilə bağlı:

- ümumilikdə istehsal gücünün 1000 MVt artırılması ilə yanaşı, külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla, şaxələndirilməsi (artıq planlaşdırılmış 900 MVt-dan əlavə);
- kombinə edilmiş dövriyyəyə malik seçilmiş qaz turbin stansiyaları üçün xalis yanacaq səmərəliliyi səviyyəsinin 50 faizədək artırılması;
- elektrik enerjisinin itki səviyyəsinin Bakıda 8,5 faizdən 7 faizədək, regionlarda isə 12 faizdən 8 faizədək azaldılması;

Təbii qaz təchizatı ilə bağlı:

* bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8 faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa, bunun eyni səviyyədə qalacağı ehtimal edilir);

* Su və kanalizasiya xidmətləri ilə bağlı:

* kommersiya itkilərinin nisbətinin 20 faizdən ən azı 14 faizədək azaldılması (“Azərsu” ASC-nin 670 milyon m3 illik su təchizatından);
tullantı sularının toplaması səviyyəsinin 46 faizdən 65 faizədək artırılması (“Azərsu” ASC tərəfindən əhali üçün 314 milyon m3 su təchizatından).

* İstilik təchizatı ilə bağlı:

* istilik təchizatının əhatə dairəsinin genişləndirilməsi ilə, 2017–2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayının 50,4 faiz artırılaraq, 5689-a çatdırılması;
* 550-ə yaxın yaşayış binasında texniki cəhətdən nasaz olan istilik təchizatı sisteminin əsaslı şəkildə təmir edilməsi ilə istilik təchizatının yaxşılaşdırılması.

2018-ci ildə yeni böyük “Şimal-2” elektrik stansiyasının açılışı nəzərdə tutulur.  Yeni stansiya həm də ixrac imkanlarını artıracaq.