Texnologiyalar

Strateji hədəflər:

Genişzolaqlı xidmətlərin əhatə dairəsinin 70 faizə qədər genişləndirilməsinə və dövlət idarəçiliyinin, iqtisadi və sosial proseslərin (elektron hökumət, e-ticarət, e-bankçılıq, e-səhiyyə, e-təhsil və s.) rəqəmsallaşdırılmasına nail olmaq. Bununla bağlı:

- LTE  və  başqa  simsiz  texnologiyalar  üzrə  genişzolaqlı  xidmətlərin  əhatə dairəsinin, hər il 10 faiz genişləndirilmək yolu ilə  2020-ci ildə  70 faizə, 2025-ci  ildə 85 faizə, 2025-ci ildən sonra isə 100 faizə çatdırılması;
- mobil  rabitə  əlaqələri  üzrə  adambaşına  düşən  xərclərin  istehlak  səbətindəki  payının cari 0,37 faizdən 1,41 faizədək artırılması;
- internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2016-cı  ildəki 20 faizdən 2020-ci ildə 80-100 faiz səviyyəsinə çatdırılması;
- istehlak xərclərində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların  payının hazırkı təxmini 1 faizdən 8-9 faizədək artması.