Sahibkarlığın inkişafı

Strateji hədəflər:

Biznes mühitinin daha da təkmilləşdirilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə və satış bazarlarına çıxışının asanlaşdırılması, rəqabətqabiliyyətliliyinin təmin olunmasına və iqtisadi inkişafdakı rolunun artırılmasına nail olmaq. Bununla bağlı:

* KOS-un ÜDM-də payının 15 faizə çatdırılması;
* KOS-un məşğulluqda payının 20 faizə qədər artırılması;
* KOS-un ölkənin qeyri-neft ixracında payının 10 faizə çatdırılması.