Qeyri-neft sektoru
Strateji hədəflər:
Azərbaycan iqtisadiyyatının şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xəttinin bərpa edilməsinə, dünya iqtisadiyyatına daha çox inteqrasiya etməklə rəqabət qabiliyyətinin artırılmasına nail olmaq;
Azərbaycan iqtisadiyyatının bütün tərəflərin faydalı əməkdaşlığı şəraitində daha çox dəyər yaratmaqla rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olmaq. Bu məqsədlə:
* Qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ümumi daxili məhsulundakı payını 2025-ci ilə qədər 4 faizə çatdırmaq;
* Qeyri-neft sektoru üzrə ixracı 2025-ci ildə adambaşına ən azı 450 ABŞ dollarına qaldırmaq;
* Ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yeri yaratmaq.