Sənaye
Strateji hədəflər:
Ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaq. Bununla bağlı:
- ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;
- məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;
- yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;
- ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi.
Planlar:
* Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr açılacaq. 2017-ci ildə parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollardır.
* 2018-ci ildə Mingəçevir Yüngül Sənaye Parkının ilk zavodlarının açılışı gözlənilir. Neftçala Sənaye Məhəlləsi artıq fəaliyyətə başlayıb. Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri bu il fəaliyyətə başlaya bilər.
* 2018-ci ildə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. 2018-ci ilin sonuna qədər 20 xalça fabriki fəaliyyət göstərəcək. Bu fabriklərin hər birində 150-yə qədər qadın çalışır, bununla iş yeri və güclü ixrac potensialı yaradılır. Hədəf 2019-cu ildə birinci mərhələdə xalça fabriklərinin sayını 30-a çatdırmaqdır.