Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi
Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müştərək gələcək vacib məsələdir. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer vardır. Təki sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma olsun. Əməkdaşlığın üstünlüyünü biz Azərbaycanın uğurlu inkişafında görürük. Bizim regional təşəbbüslərimizlə bağlı olan bütün addımlarımız əməkdaşlığa yönəldilibdir. Biz əməkdaşlıq, qarşılıqlı dəstək vasitəsilə öz iqtisadi və siyasi maraqlarımızı da tam şəkildə təmin edirik. Regional əməkdaşlıq məsələlərinə gəldikdə hesab edirəm ki, bizim müsbət təcrübəmiz maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan nəinki çoxmillətli və çoxkonfessiyalı ölkədir, eyni zamanda, nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və hər iki təşkilatda çox fəal iş aparır, hər iki təşkilatda çox möhkəm mövqelərə malikdir. Bax, bizim bu xüsusiyyətlərimiz hesab edirəm ki, mədəniyyətlərarası dialoqun inkişafına da töhfəsini verməkdədir”.