Bakıda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik. Deyə bilərəm ki, Dünya İqtisadi Forumu, eləcə də Davosda keçirilən görüşlər sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə, ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir”.