Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədləri imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu gün görülən işlərin tarix qarşısında böyük əhəmiyyəti var. Biz bu gün bu tarixi yazırıq. Bəlkə də bəziləri indi bunu tam şəkildə dərk edə bilmir ki, bu gün atılan addımlar uzunmüddətli inkişaf strategiyamızı müəyyən edir, xalqlarımızın əbədi müstəqil yaşamasını təmin edir”.