V Qlobal Bakı Forumu keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Mən burada 50-dən artıq ölkəni təmsil edən iştirakçıları salamlayıram. Ümumi qonaqlarımızın sayı isə 260 nəfərdir. Hər bir beynəlxalq forumun əhəmiyyəti və gələcəkdə qərarların qəbul edilməsi prosesinə təsiri müzakirə olunan mövzularından, daha çox isə kimlərin iştirak etməsindən asılıdır. Burada iştirakçılar arasında 40-dan çox fəaliyyətdə olan və sabiq prezident, baş nazir və parlament sədrləri var. Bu, bizim toplantının yüksək səviyyəsini və bu günlərdə Bakıda keçirilən bu tədbirdə maraqlı müzakirələr aparılmasını və dəyərli fikirlərin səslənməsini əvvəlcədən müəyyən edir”.