Azərbaycan BMT Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başladı
Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak etmişdir. Azərbaycan mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra - iyunun 1-də isə sədrliyi Çinə ötürmüşdür. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirmişdir.