Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə hərbi parad keçirildi
Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hərbi paradda bizim hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcək və Azərbaycan xalqı görəcək ki, Azərbaycan Ordusu nəyə qadirdir. Biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın maddi imkanları artır, maliyyə imkanları artır və ilk növbədə, biz ordu quruculuğuna daha da böyük səylər göstərəcəyik. Onu demək kifayətdir ki, Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və əminəm ki, bundan sonrakı illərdə də bu, belə olacaq”.