Mərkəzi Azəri platformasından ilk neft əldə olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu gün "Azəri" yatağından ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurlu işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır”.